Angela Merkel

Angela Merkel
alm. Angela Merkel[1][2][…]
Merkel 2019-cu ildə
Merkel 2019-cu ildə
21 noyabr 2005 – 8 dekabr 2021
PrezidentHorst Köler

Kristian Vulf
Yoahim Qauk

Frank-Valter Ştaynmayer
ƏvvəlkiGerhard Şröder
SonrakıOlaf Şolts
Şəxsi məlumatlar
Doğum adı Angela Dorothea Kasner[7][2][…]
Doğum tarixi 17 iyul 1954(1954-07-17)[3][4][…] (69 yaş)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, fizik
Dini Lüteranlıq[10]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, Analitik kimya, fizika[1]

İmzanın şəkli
buero-bundeskanzlerin-ad.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[3][4][…]) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır[11].

Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi.

2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİAlmaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.

Angela Merkelin kansler olduğu dövrdə Almaniya Federativ Respublikası Avropa dəyərlərinin Avropa İttifaqı daxilində və xaricində təbliği və möhkəmləndirilməsinə əsaslanan hərtərəfli xarici siyasət modeli hazırlamışdır. Xarici siyasət trayektoriyalarına transatlantik tərəfdaşlıq, Avropaya inteqrasiya və qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi öhdəliyi daxildir.[12]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Merkel, Angela, 1954- // Library of Congress Authorities (ing.). Library of Congress.
  3. 1 2 https://d-nb.info/gnd/119545373/about/lds (ing.). / German National Library
  4. 1 2 Angela Merkel // filmportal.de (alm.). 2005.
  5. 1 2 Parlement.com (nid.).
  6. 1 2 Wer war wer in der DDR? (alm.): ein Lexikon ostdeutscher Biographien. // Wer war wer in der DDR? / Hrsg.: J. Černý
  7. 1 2 3 Golden (ing.). 2019.
  8. 1 2 Höhn T. D. Ehrendoktorwürde für Angela Merkel (alm.). / Hrsg.: Universität Leipzig 2008.
  9. Russell R. Angela Merkel husband and children: Does Merkel have children? Who is Merkel married to? (ing.). // Express.co.uk 2018.
  10. NNDB (ing.). 2002.
  11. "Biography". Bundeskanzlerin.de. German Federal Press and Information Office. 21 December 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 January 2015.
  12. İbadov, Rafael. "Rusiya və Çin faktoru Almaniya 2021 seçki platformasında önəmli yer tutur". Topçubaşov Mərkəzi (az.). 31 avqust 2021. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2021.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search